Xəzər Xəbər

"Real"dan Ronaldoya YENİ MÜQAVİLƏ Ağlasığmaz maliyyə təklifləri

İdman | 11:58 • 10 İyun 2018
"Real"dan Ronaldoya YENİ MÜQAVİLƏ

İspaniya futbol klubu "Real Madrid" portuqaliyalı hücumçu Kriştianu Ronaldoya yeni müqavilə təklif edib.

Trend-in "Mundo Deportivo"ya istinadən verdiyi məlumata əsasən, yeni müqavilədə hücumçunun maaşı 32,5 milyon avro həcmində nəzərdə tutulub.

Portuqaliyalının baza maaşı 25 milyon avrodur. Bununla, "Real" futbolçuya mükafatlar ödəməyə də hazırdır: Çempionlar Liqasında qələbəyə görə - 2 milyon avro, İspaniya Çempionatında qələbəyə görə - 1,5 milyon avro, 1 milyon avro - futbolçu "Qızıl top"u aldığı təqdirdə və İspaniya kubokuna görə - 1 milyon avro.

Qeyd olunur ki, müqavilədə nəzərdə tutulan oyunçunun transfer qiyməti 1 milyard avro həcmindədir. "Mundo Deportivo"nun məlumatına görə, Ronaldo, onun maaşı 40 milyon avroya qaldırılmadığı halda, klubdan kənarlaşmağı planlaşdırır.

Xatırladaq ki, "Real Madrid" 2017/18 mövsümündə Çempionlar Liqasının qalibi olub. Portuqaliyalı hücumçu klubun heyətində 44 oyun keçirib, 44 qol vurub və 8 məhsuldar ötürmə edib.

Xəbər lenti