Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatında elit kateqoriyasında qaliblər müəyyənləşib.
Qadınların yarışında Niderland idmançıları ilk üç pillədə yer alıblar.
Laura Smulders 35.690 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb. Merel Smulders gümüş, Cudi Baau isə bürünc medala
sahib olublar.
Kişilərin mübarizəsində isə fransalı
velosipedçilər fəxri kürsünün ilk iki pilləsinə qalxıblar. Fotofinişə
əsasən, 31.426 saniyə nəticə ilə Silvain Andre birinci olub. Onun
komanda yoldaşı Joris Daudet ikinci pillədə qərarlaşıb. İlk üçlüyü
Braziliya idmançısı Anderson Ezequiel de Souza Filho tamamlayıb.
Dünya çempionatında 43 ölkədən 1500-dək idmançı birincilik uğrunda mübarizə aparıb.