Xəzər Xəbər

"Vilyarreal" kamerunlu hücumçunu transfer etdi

İdman | 16:47 • 8 İyun 2018
"Vilyarreal" kamerunlu hücumçunu transfer etdi

"Vilyarreal” hücum xəttini gücləndirib.

"Sarı sualtı qayıq" Fransanın "Anje” klubunun hücumçusu Karl Toko-Ekambini transfer edib. 25 yaşlı kamerunlu forvardın keçidi 20 milyon avroya başa gəlib.

Ekambi Kamerun yığmasının da üzvüdür. O, "Anje"də 2016-cı ildən çıxış edirdi.

Xəbər lenti