Xəzər Xəbər

İnfantino: Rusiya dünya çempionatına tam hazırdır

İdman | 16:07 • 8 İyun 2018
İnfantino:

FIFA prezidenti Canni İnfantino bir həftə sonra Rusiyada start götürəcək futbol üzrə dünya çempionatından gözləntilərini bölüşüb.

XəzərXəbər FIFA-nın saytına istinadla xəbər verir ki, C.İnfantino matçları səbirsizliklə gözlədiyini etiraf edərək deyib: "Dünyada ən gözəl tamaşadan zövq almaq – mükəmməl futbol və tribunalarda şadyanalıq edən azarkeşlər görmək istəyirəm. Dünya çempionatının gözəlliyi bundadır ki, o, həmişə sürprizlər edir, elə deyilmi? Əlbəttə, finişə bir qayda olaraq adlı-sanlı komandalar gedib çıxırlar, amma çox ola bilər ki, hansısa komanda, yaxud az tanınan bir oyunçu bizi təəccübləndirsin. Mən final turnirinə ilk dəfə vəsiqə qazanan yığmaların oyununa baxmağı çox istəyirəm. Starta bir həftə qalır. Rusiyanın çempionata tam hazır olduğunu desəm, məncə, yanılmaram. Bütün dünya bu ölkənin nə dərəcədə qonaqpərvər olduğunun və hər şeyin necə mükəmməl təşkil edildiyinin şahidi olacaq. Bizi heyrətamiz təəssüratlar gözləyir.

Çempionatın unikal xüsusiyyəti bundan ibarətdir ki, insanlar olduqları yerlər barədə, bütövlükdə ölkə barədə təsəvvürlərini dəyişə bilərlər. Azarkeşlər qarşılarında bayram əhval-ruhiyyəli, gülərüz, mehriban və səmimi Rusiyanı görəcəklər.

Xəbər lenti