Xəzər Xəbər

"Yuventus" Buffona əvəzləyici tapdı

İdman | 14:39 • 8 İyun 2018
"Yuventus" Buffona əvəzləyici tapdı

Canluici Buffonla yolları ayıran "Yuventus" təcrübəli qapıçıya əvəzləyici tapıb.

Turin təmsilçisi "Cenoa"nın qolkiperi Mattia Perini transfer edib.

"Qoca sinyora" 25 yaşlı "əlcək sahibi" ilə razılıq əldə edib. "Yuventus" bu keçid üçün 12 milyon avro təzminat ödəyib.

Tibbi müayinədən keçən İtaliya millisinin üzvü 5 ilik müqaviləyə imza atacaq.

Xəbər lenti

Çox oxunanlar