Xəzər Xəbər

"Lester Siti" millinin üzvünü sudan ucuz qiymətə aldı

İdman | 14:07 • 8 İyun 2018
"Lester Siti" millinin üzvünü sudan ucuz qiymətə aldı

"Portu"dan Rikardu Pereyranı transfer edən "Lester Siti” 2-ci keçidini rəsmiləşdirib.

"Tülkülər" "Vest Bromviç”in müdafiəçisi Conni Evansla 3 illik müqavilə ağlayıb. Şimali İrlandiya millisinin üzvü üçün 3,5 milyon funt-sterlinq ödənilib. Buna səbəb isə komandanın Çempionşipə düşməsi olub. Evansın müqaviləsində olan şərtə görə, klub Premyer Liqanı tərk etsə, onu bu qiymətə digər klublar ala bilər.

Maraq üçün qeyd edək ki, "Vest Bromviç" qış fasilsəində 30 yaşlı müdafiəçini "Mançester Siti"yə 30 milyon avroya satmaqdan imtina etmişdi.

Qeyd edək ki, Evans "Mançester Yunayted"in yetirməsidir. O, 2015-ci ildə "Vest Bromviç"ə transfer olmuşdu.

Xəbər lenti

Çox oxunanlar