Xəzər Xəbər

"Quti "Real"ın "sükanı arxası"na keçəcək"

İdman | 11:27 • 8 İyun 2018
"Quti "Real"ın "sükanı arxası"na keçəcək"

Baş məşqçi axtarışlarına davam edən "Real"da Quti yenidən gündəmi zəbt etdi.

İspaniya III Liqasında çıxış edən "Real Mursiya"nın prezidenti Viktor Qalves baş məşqçi kimi Qutini kluba gətirmək istədiklərini, ancaq klub patronu onun "Real"ı çalışdıracağını iddia edib: "Quti "Real Mursiya"nı çalışdırmayacaq. O, Madrid "Real"ının "sükanı arxası"na keçəcək. Əgər Zinəddin Zidan iki gün gec istefa versəydi, biz Quti ilə razılığa gələcəkdik".

İspaniya mətbuatı "Real"ın U-19 komandasında çalışan 31 yaşlı mütəxəssisin "kral klubu"nun yeni baş məşqçi olmaq ehtimalının daha çox olduğunu yazır.

Xəbər lenti