Xəzər Xəbər

İquain Premyer Liqada oynamaq istəyir

İdman | 11:24 • 8 İyun 2018
İquain Premyer Liqada oynamaq istəyir

"Yuventus"da forma geyən Qonzalo İquain İngiltərə Premyer Liqasında çıxış etmək istədiyini açıqlayıb.

ESPN-ə danışan 30 yaşlı forvard fikirlərini belə izah edib: "Yuventus"la müqaviləm var. Qızım Torinoda böyüyür. İngiltərə Premyer Liqası dünyanın ən yaxşı çempionatıdır. Oyunlar zövqlü keçir. Bir gün orada çıxış etmək istərdim".

Qeyd edək ki, argentinalı hücumçu 2016-cı ildə 90 milyon avroya "Napoli"dən alınıb.

Xəbər lenti