Xəzər Xəbər

“Balotelli İtaliyaya qayıtmayacaq”

İdman | 16:53 • 7 İyun 2018
“Balotelli İtaliyaya qayıtmayacaq”

"Nitsa" ilə müqaviləsi başa çatan Mario Balotellinin karyerasını harda davam etdirəcəyi bəlli deyil.

XəzərXəbər komanda.az-a istinadən xəbər verir ki, italiyalı hücumçunun adı bir çox klubla yanaşı hallanır. "Cenoa"nın müdafiəçisi Domeniko Krişito Balotelli ilə bağlı maraqlı fikir bildirib. Arxa xətt oyunçusu İtaliya mətbuatına açıqlamasında "Super Mario"nun vətəninə geri dönməyəcəyini deyib:

"Balotelli ilə danışmışam. İtaliyaya qayıdacağını düşünmürəm. Seçimini demədi, lakin çox pul qazanır və İtaliyada heç bir klub bunu qarşılaya bilməz".

Xatırladaq ki, Balotelli son mövsümdə "Nitsa"da şans qazandığı 38 oyunda 26 qol vurub, 2 məhsuldar ötürmə verib.

Xəbər lenti