Xəzər Xəbər

Nə az, nə çox, düz 200 milyon qiymət qoydular

İdman | 15:53 • 7 İyun 2018
Nə az, nə çox, düz 200 milyon qiymət qoydular

Zahavi daha əvvəl 29 yaşlı futbolçunun yayda "Bavariya"nı tərk etmək niyyətində olduğunu bildirib

Almaniyanın "Bavariya" klubu hücumçusu Robert Levandovskini buraxmaq niyyətində deyil.

Klub rəhbərliyi futbolçunun agenti Pini Zahaviyə bildirib ki, futbolçu 200 milyon avrodan aşağı qiymətə satılmır.

Levandovski özü isə "Real"-a keçmək istəyir. Futbolçuya, həmçinin "Çelsi", "PSJ" və digər klublar da maraq göstərir.

Qeyd edək ki, Zahavi daha əvvəl 29 yaşlı futbolçunun yayda "Bavariya"nı tərk etmək niyyətində olduğunu açıqlayıb.

Xəbər lenti