Xəzər Xəbər

Messi Ronaldo və Zidandan danışdı

İdman | 13:36 • 7 İyun 2018
Messi Ronaldo və Zidandan danışdı

"Barselona”nın ulduzu Lionel Messi Kriştianu Ronaldo və Zinəddin Zidan haqqında danışıb.

"Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə portuqaliyalı ulduzun "Real”dan gedəcəyinə münasibət bildirib:

"Ronaldo bundan sonra çox şey edə bilər. Bu onun şəxsi qərarıdır. Şərh etmək mənə görə deyil. Komandanı tərk edib-etməyəcəyini də bilmirəm”.

Leo Zidanın Madrid klubundan ayrılmasına təəccübləndiyini gizlətməyib: "Buna çox təəccübləndim. Heç kim onu gözləmirdi. Hər şeyin bir səbəbi olduğu kimi Zidanın da səbəbləri var. Həqiqət odur ki, bundan sonra nə olacağını mən bilmirəm. Zidan hər şeyi qazandı, onu heç kim qınaya bilməz”.

Xəbər lenti