Xəzər Xəbər

Almaniya millisində Özil şoku: mundialı buraxacaq?

İdman | 11:25 • 7 İyun 2018
Almaniya millisində Özil şoku:

Almaniya millisi dünya çempionatına az müddət qalmış ciddi itkiylə üzləşib.

Millinin yarımmüdafiəçisi Məsut Özil zədələnib. "Bild"in məlumatına görə futbolçunun durumu ciddidir.29 yaşlı futbolçunun dünya çempionatına aparılmamaq ehtimalı böyükdür. Digər ehtimala görə, o, qrupda iyunun 17-də keçiriləcək Meksika iləilk oyunu buraxacaq. Lakin son qərar tezliklə açıqlanacaq.

Qeyd edək ki, Almaniya mundialda Meksika, İsveç və Cənubi Koreya ilə eyni qrupda mübarizə aparacaq.

Xəbər lenti