Xəzər Xəbər

UEFA "Beşiktaş"ı cəzalandırdı

İdman | 11:19 • 7 İyun 2018
UEFA "Beşiktaş"ı cəzalandırdı

UEFA-nın Nizam-İntizam komitəsinin qərarı ilə "Beşiktaş" cərimələnib.

Buna Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə cavab oyununda tribunaların ortasındakı pilləkənlərin azarkeşlərlə dolması, azarkeşlərin meydana yad əşyalar atması və təhlükəsizliyin tam şəkildə təmin edilməməsi səbəb olub. Buna görə İstanbul klubu 34 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, "Beşiktaş" - "Bavariya" görüşü qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbər lenti