Xəzər Xəbər

Argentina XİN: Oyunçularımız İsraildə oynamaq istəmədilər

İdman | 10:38 • 7 İyun 2018
Argentina XİN:
Argentina və İsrail milliləri arasında planlaşdırılan yoldaşlıq görüşünün ləğvi futbolçuların stadiona çıxmaqdan imtina etməsinə görə olub. Bu açıqlama ilə Argentinanın XİN rəhbəri Xorxe Faurie çıxış edib.

"Futbolçularımız matç üçün İsrailə getmək istəmədilər",-deyə Xorxe Faurie vurğulayıb.

Qeyd edək ki, Argentina və İsrail arasında nəzərdə tutulmuş "dostluq matçı" Fələstin xalqının etirazlarından sonra Argentina tərəfindən ləğv edilmişdi.

İsrailin Mədəniyyət Nazirliyi Argentina ilə matçın ləğv edilməsinə reaksiya göstərərək bunu "terrorizm" kimi qiymətləndirmişdi./FaktXəbər

Xəbər lenti