Xəzər Xəbər

19 yaşlı müdafiəçi "Mançester Yunayted"də

İdman | 17:56 • 6 İyun 2018
19 yaşlı müdafiəçi "Mançester Yunayted"də

"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

"Qırmızı şeytanlar" "Porto"nun müdafiəçisi Dieqo Dalotu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı sağ cinah müdafiəçisi ilə 5+1 illikmüqavilə imzalanıb. Bu keçid üçün Mançester təmsilçisi Portuqaliya klubuna 22 milyon avro ödəyəcək.

Qeyd edək ki, Portuqaliya U-21 millisinin üzvü olan gənc futbolçu bu mövsüm "Porto"nun heyətində 6 qarşılaşmada 400 dəqiqə meydanda olub.

Xəbər lenti