Xəzər Xəbər

"Qalatasaray" ilk rəsmi transferini gerçəkləşdirdi "Qol kralı" ilə 3 illik müqavilə

İdman | 16:58 • 6 İyun 2018
"Qalatasaray" ilk rəsmi transferini gerçəkləşdirdi

2017/2018 mövsümünü çempion bitirən "Qalatasaray” ilk rəsmi transferini gerçəkləşdirib.

"Sarı-qırmızılılar” "Akhisarspor” ilə müqaviləsi başa çatan Muğdat Çelik ilə 3 illik razılaşma əldə edib.

Muğdat Çelik bu mövsüm sabiq komandasının forması ilə 35 matçda 7 qol, 8 məhsuldar ötürmə edib.

Hücumçu mövqeyində hər iki ayağı ilə yaxşı performans sərgiləyən Muğdat 2012/2013 mövsümündə Türkiyənin 2-ci liqasında qol kralı seçilib. Həmçinin bu mövsüm Türkiyə kubokunun finalında "Fənərbaxça”ya qarşı çıxdığı matçın ən yaxşı oyunçusu seçilib./publika.az

Xəbər lenti