Xəzər Xəbər

Salah: "Dünya çempionatında oyun anlayışımız bu olacaq"

İdman | 13:49 • 6 İyun 2018
Salah:

Dünya çempionatının başlamasına az gün qalmış Misir millisinin ulduzu Məhəmməd Salah açıqlama verib.

25 yaşlı futbolçu milli formanı geyməyin fərqli hisslər olduğunu deyib:

"Həmişə söyləmişəm ki, hər futbolçu üçün milli komandanın formasını geymək fərqli hisslərdir. Milli üçün meydanda duyğularınla oynayırsan. Sanki ölkən üçün savaşırsan".

Salah "Liverpul"da xoşbəxt olduğunu deyib:

"Liverpul"da xoşbəxtəm. Klub və azarkeşlər özümü evimdəki kimi hiss etdirir. Mənim üçün nəğmələr oxuyurlar və adımın yazıldığı formaları geyirlər. Çox gözəl hisslərdir".

Çempionlar Liqasının finalında Serxio Ramosla epizod zamanı zədələnərək, meydanı tərk edən futbolçu bununla bağlı danışıb:

"Bu haqda çox danışmaq istəmirəm. Çempionlar Liqasının finalında oynayarkən dünya çempionatını düşünə bilmərsiz. Bu, ÇLfinalıdır".

Dünya çempionatındakı hədəflərindən danışan Salah sona qədər mübarizə aparacaqlarını deyib:

"Dünya çempionatında "döyüşəcəyik". İlk oyundan bunu ortyaya qoyacağıq. Oyun anlayışımız bu olacaq".

Misir mundialda Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla eyni qrupda yer alıb.

Xəbər lenti

Çox oxunanlar