Xəzər Xəbər

Dünya çempionu Ramil Quliyev rekorda imza atdı

İdman | 13:10 • 6 İyun 2018
Dünya çempionu Ramil Quliyev rekorda imza atdı

Türkiyə millisinin üzvü, azərbaycanlı atlet Ramil Quliyev növbəti uğuruna imza atıb.

Atlet Finlandiyada keçirilən Paavo Nurmi Oyunlarında 200 metr məsafəyə qaçışda yarışın qalibi olub.

28 yaşlı idmançı 20.23 saniyə ilə bütün rəqiblərini geridə qoyub və Paavo Nurmi Oyunlarının rekorduna imza atıb.

Onun növbəti sınaağı iyunun 7-də Norveçin Oslo şəhərində baş tutacaq. Atlet Brilliant Liqa yarışında 200 metr məsafəyə qaçışda çıxış edəcək./publika.az

Xəbər lenti