Xəzər Xəbər

"Barselona" 145 milyon aldığı futbolçunu bu kluba satır 87 milyona

İdman | 13:02 • 6 İyun 2018
"Barselona" 145 milyon aldığı futbolçunu bu kluba satır

"Barselona" ötən yay Dortmund "Borussiya"sından 145 milyon (bonuslar daxil) aldığı Osman Dembeleni satır.


Mali əsilli fransalı futbolçunu "Arsenal" heyətinə qatmaq istəyir. Kataloniya klubu böyük ümidlərlə transfer etdiyi, amma zədə səbəbindən istədiyini ala bilmədiyi futbolcu üçün gələn təklifə müsbət yanaşır və təklifə razılıq vermək niyyətindədi. London klubu Dembele üçün "Barselona"ya 87 milyon avro ödəyəcək.


Qeyd edək ki, "Barselona"ya transfer olunduqdan bir müddət sonra zədələnən və uzun müddət yaşıl meydanlardan kənarda qalan başa çatan mövsümdə oynadığı 23 rəsmi oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib. Onu İngiltərənin "Liverpul" klubu da istəyir.


Fanat.Az

Xəbər lenti