Xəzər Xəbər

"Beşiktaş" Bundesliqadan futbolçu aldı İlk transfer

İdman | 12:20 • 6 İyun 2018
"Beşiktaş" Bundesliqadan futbolçu aldı

Super Liqanı 4-cü sırada tamamlayan "Beşiktaş” növbəti mövsümün hazırlıqlarına erkən başlayıb.

"Ağ-qaralar” 2014-2015 mövsümündə icarə əsasında heyətlərinə qatdıqları Daniel Opare ilə razılığa gəlib.

"Auqusburq”la olan müqaviləsi başa çatan Opare növbəti mövsümdən etibarən "Beşiktaş”ın şərəfini qoruyacaq. Qanalı futbolçu baş məşqçi Şenol Güneşin istəyi ilə transfer edilir.

Qeyd edək ki, 27 yaşlı futbolçu Almaniya Bundesliqasında 17 dəfə forma geyinmək şansı qazanıb. O, hər iki cinah müdafiə xəttində təsirli performans sərgiləməyi bacarır.

Xəbər lenti