Xəzər Xəbər

Agentdən Qvardiolaya sərt sözlər: "Bavariya"yanı nənəm də çempion edər"

İdman | 12:02 • 6 İyun 2018
Agentdən Qvardiolaya sərt sözlər:

"Mançester Siti"dən ayrılan Yaya Ture ötən günlərdə sabiq baş məşqçisi Pep Qvardiolanı irqçilikdə günahlandırmışdı. O, ispaniyalı mütəxəssisin ayrıseçkilik etdiyiin demişdi.

Bu dəfə kot-d-ivuarlı futbolçunun agenti Dmitri Selyuk da ona qoşulub. Ukraynalı futbol adamı Qvardiola haqda sərt sözlər səsləndirib:

"Nənəmi də "Bavariya"yabaş məşqçi qoysalar, çempion edər. Pep Qvardiola hər zaman böyük büdcəsi və yaxşı heyəti olan klubları çalışdırır. Allah hər şeyi görür. Tanrı Qvardiolanın Yaya Tureyəetdiyini də görüb. Yaya "Mançester Siti"nin əfsanəsidir və Qvardiolanın ona şans verməməsi üzücü oldu. Bu hərəkəti ilə Afrikanı özünə düşmən etdi. Afrikalı azarkeşlər "Mançester Siti"dən soyuyublar. Əminəm ki, bu hərəkət Pep Qvardiolanın gələcəkdə uğurlarından edəcək. Çünki bir çox afrikalı onu lənətləyəcək".

Agent Turenin gələcəyindən də danışıb:

"Yaya həftəlik 1 funt-sterlinq qarşılığında belə Premyer Liqada oynamağa hazırdır. Onun üçün pul önəmli deyil. Ona dünyanın dörd tərəfindən cəlbedici təkliflər gəlirdi, amma "Mançester Siti"də qalmışdı. Ture təcrübəli futbolçudur və oynadığı kluba faydalı olacaq. Karyerasını Premyer Liqada davam etdirmək istəyir".

Qeyd edək ki, Ture 2010-cu ildə "Barselona"dan 24 milyon funt-sterlinq qarşılığında "Mançester Siti"yə transfer olunmuşdu. 35 yaşlı yarımmüdafiəçi azad agent statusu daşıyır.

Xəbər lenti