Xəzər Xəbər

Santi Kasorlanın yeni klubu bəlli oldu

İdman | 11:56 • 6 İyun 2018
Santi Kasorlanın yeni klubu bəlli oldu

"Arsenal"dan ayrılan Santi Kasorlanın yeni klubu bəlli olub.

33 yaşlı yarımmüdafiəçi keçmiş klubu "Vilyarreal"a dönüb. Müqavilənin şərtləri barədə açıqlama verilməyib.

Qeyd edək ki, Kasorla 2012-ci ildən "Arsenal"da çıxış edirdi. O, iki mövsüm zədə səbəbindən oynamırdı. İsaniya millisinin sabiq üzvü 2003-2006-cı və 2007-2011-ci illərdə də "Vilyarreal"da çıxış edib.

Xəbər lenti