Xəzər Xəbər

Çempionlar Liqasının pul mükafatları artırıldı

İdman | 11:26 • 6 İyun 2018
Çempionlar Liqasının pul mükafatları artırıldı
UEFA Çempionlar Liqasının 2018/2019 mövsümündə komandalara veriləcək pul mükafatları artırılıb.


XəzərXəbər xəbər verir ki, növbəti mövsüm qruplarda mübarizə aparacaq komandaların hər biri əvvəllər olduğu kimi 12,7 milyon deyil, 15,25 milyon avro qazanacaq.


Qruplarda qazanılacaq hər oyun üçün əlavə 2.7 milyon avro, heç-heçə üçünsə, 900 min avro ödəniləcək.

Çempionlar Liqasında mübarizəni davam etdirəcək 16 komandanın hər birinə isə əlavə olaraq 9.5 milyon avro veriləcək.

Bu mövsüm isə UEFA Çempionlar Liqasının qalibi, qazanılan qələbələr və heç-heçələr xaricində ümumi 66.25 milyon avro qazanacaq. Ötən mövsüm çempiona verilən mükafat isə 47.7 milyon avro olub.

UEFA Çempionlar Liqasının 2018/2019 mövsümündə gəlirin bölüşdürülməsi belə olacaq:

Qruplarda iştirak: 15,25 milyon avro (Ötən mövsüm 12.7 milyon avro)

1/16: 9.5 milyon avro (Ötən mövsüm 6 milyon avro)

1/8: 10.5 milyon avro (Ötən mövsüm 6.5 milyon avro)

Yarımfinal: 12 milyon avro (Ötən mövsüm 7.5 milyon avro)

Final: 15 milyon avro (Ötən mövsüm 15 milyon avro)

Çempion: 19 milyon avro (Ötən mövsüm 15 milyon avro)

Xəbər lenti