Xəzər Xəbər

Hiquain: İsrailə getməməyin doğru olduğunu düşünürük

İdman | 10:32 • 6 İyun 2018
Hiquain:
Argentina və İsrail milli futbol komandaları arasında Qüdsdə keçirilməsi planlaşdırılan hazırlıq matçı ləğv edilib. Bu barədə Argentina Futbol Federasiyası qərar qəbul edib.

İsrail millisi ilə işğal altında olan Qüdsdə 9 iyunda keçirilməsi gözlənilən futbol matçı fələstinlilərin təzyiqindən sonra ləğv olunub.

Argentinalı ulduz futbolçu Qonzalo Hiquain "ESPN" telekanalına müsahibəsində matçın ləğv edilməsini dəstəkləyib: "Ləğv qərarı cəmiyyətin xeyrinə oldu. Nəticədə düzgün qərar verildi və bu məsələ artıq geridə qaldı. Biz də İsrailə getməməyin doğru olduğunu düşünürük".

Qeyd edək ki, Fələstin xalqı yoldaşlıq görüşünü İsrailin Qüdsü işğal etməsini qanuniləşdirmək cəhdi kimi qiymətləndirirdi.

Xəbər lenti