Xəzər Xəbər

Qurban Qurbanov: `Qazaxlar hücumda artırıblar`

İdman | 10:29 • 6 İyun 2018
Qurban Qurbanov:

"İlk növbədə qələbə münasibətilə Qazaxıstan millisini təbrik edirəm. Komandamızın problemlərini futbolçularımıza deyəcəm. Qazaxıstan yaxşı oynadı. Biz ilk 20 dəqiqədə uduzduq. Sonradan toparlansaq da, bu, mənim gözlədiyim oyun deyildi".

Bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov Qazaxıstanla səfərdə keçirilən yoxlama oyunundan (0:3) sonra təşkil olunan mətbuat konfransında deyib.

- Qazaxıstan millisi sizi nə ilə təəccübləndirdi?

- Oyunun çətin olacağını bilirdik. Qazaxıstan futbolu hazırda inkişafdadır və bu, təkcə klub səviyyəsində deyil.

- Komandanız erkən qol buraxdıqdan sonra dağıldı. Buna səbəb nə oldu?

- Komandamızın buna hazır olduğunu desəm, inanmayacaqsınız. Ancaq biz bilirdik ki, rəqib ilk dəqiqələrdən pressinq edəcək. Komandamızda bu təzyiqlərin qarşısını almaq üçün güc çatmadı.

- İkinci hissənin ortalarında əvəzləmələr etdiniz. Gənclərə oyun imkanı yaratdınız, yoxsa oyunu xilas edənləri axtarırdınız?

- Xeyr, burada məsələ tamamilə başqadır. Mən heyətdə dəyişiklikər etdim. Əvəzləmələr gələn oyunlarda meydana çıxa biləcəklərini futbolçulara göstərməkdir.

- Qazaxıstan yığmasının heyətində kimi qeyd edərdiniz?

- Qeyd etdiyim kimi, qazaxıstanlılar xüsusən hücumda artırıblar. Komanda topa daha yaxşı nəzarət etməyə, hücumlar qurmağa başlayıb. Hücum xəttindəki oyunçuları qeyd edərdim. Onlar öz oyunları ilə bizə ciddi problemlər yarada bildilər.

- Bir neçə gün əvvəl Qırğızıstana qalib gəlmişdiniz. Qırğızıstan və Qazaxıstan millilərini müqayisə edərdiniz?

- Fərq ciddidir. Lakin müqayisə etmək istəmirəm. Qazaxıstan yığması xeyli güclüdür.(qol.az)

Xəbər lenti