Xəzər Xəbər

Fransalı üzgüçü Sakit okeanı üzərək keçmək üçün yola çıxıb

İdman | 16:54 • 5 İyun 2018
Fransalı üzgüçü Sakit okeanı üzərək keçmək üçün yola çıxıb

Fransalı üzgüçü Ben Lekomt iyunun 5-də Sakit okeanı üzərək keçmək və yeni rekorda imza atmaq üçün Yaponiyanın şərq sahillərindən açıq dənizə yollanıb.


Xezerxeber.az bildirir ki, bu barədə TASS informasiya agentliyi xəbər verir.


Əlli yaşlı fransız artıq 1998-ci ildə 73 gün ərzində 6,4 min kilometr məsafəni qət edərək Atlantik okeanını üzərək keçmişdi. Bu dəfə isə Lekomit gün ərzində 8 saat üzərək və 8 min kalori yandıraraq 5,5 mil (9 min kilometr) məsafəni yarım il ərazində üzəcəyinə ümid edir.


Dünyada 27 elmi təşkilat, o cümlədən tibb və okeanoqrafiya təşkilatları fransalının dəstək qrupunun toplayacağı məlumatları gözləyəcək. Tədqiqatların böyük hissəsi Sakit okeanın plastik məmulatlarla çirklənməsinə yönələcək. Ümumdünya ətraf mühit günündə səfərə başlayan Ben Lekomit mikroplastikin dəniz ekosisteminə təsirindən narahatlıq keçirdiyini bildirib.

Xəbər lenti