Xəzər Xəbər

Messi rekorda doymur Avropanın ən məhsuldar oyunçusu oldu

İdman | 13:14 • 28 May 2018
Messi rekorda doymur

"Barselona”nın hücumçusu Lionel Messi Çempionlar Liqasının final oyunundan sonra böyük beşlik çempionatlarında bütün turnirlər nəzərə alınmaqla cari mövsümün bombardiri olub.

"Sky Sports” xəbər verir ki, "Real” və "Liverpul” arasındakı həlledici matçda Krişiano Ronaldo (44 qol) və Məhəmməd Salahın (44 qol) fərqlənə bilməməsi 45 qol vuran argentinalının birinciliyini rəsmiləşdirib.

Qey edək ki, bu üçlüyü 41 qolla "Latsio”dan Çiro İmmobile, "Tottenhem”dən Harri Keyn və "Bavariya”dan Robert Levandovski izləyir. PSJ-nin hücumçusu Edinson Kavani isə mövsüm ərzində 40 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər lenti