Xəzər Xəbər

Bakıda keçiriləcək dünya çempionatında Tacikistanı 9 cüdoçu təmsil edəcək

İdman | 12:16 • 28 May 2018
Bakıda keçiriləcək dünya çempionatında Tacikistanı 9 cüdoçu təmsil edəcək

Tacikistan millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.


Bakı mundialında 9 tacikistanlı cüdoçu tatami üzərinə çıxacaq.


Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Suxrob Boqiyev (60 kq), Behruzi Xojazade, Somon Maxmedbekov (hər ikisi 73 kq), Akmal Muradov (81 kq), Ekubjon Nazirov, Komronşax Ustopiriyon (hər ikisi 90 kq) və Saidcalal Saidova (100 kq) şans verəcək.


Qadınların mübarizəsində isə Şohida Qalandarova (57 kq) birincilik uğrunda mübarizə aparacaq.


Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.

Xəbər lenti