Xəzər Xəbər

"Qalatasaray"ın 6,5 milyona satdığı futbolçuya 35 milyonluq təklif

İdman | 13:41 • 27 May 2018
"Qalatasaray"ın 6,5 milyona satdığı futbolçuya 35 milyonluq təklif

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino transfer siyahısını rəhbərliyə təqdim edib.


Sol cinaha bir futbolçu transfer etmək niyyətində olan mütəxəssis "Portu"dan Aleks Tellesi istəyib.


Məlumata görə, Portuqaliya klubu "Maliyyə Fair Playı" qaydalarında ilişməmək üçün bir neçə futbolçu satmalıdı və bu səbəbdən argentinalı futbolçunun "Tottenhem"ə keçidinə razıdı. İngiltərə klubunun Telle üçün portuqaliyalılara 35 milyon avro təklif etdiyi bildirilir.


Qeyd edək ki, Telles 2014-cü ildə Braziliyanın "Qremio" klubundan "Qalatasaray"ya 6,15 milyon avroya transfer olunub. İstanbul klubu onu 2016-cı ildə "Portu"ya 6,5 milyon avroya satıb. 25 yaşlı müdafiəçi başa çatan mövsümdə 45 rəsmi oyuna çıxaraq 4 qol vurub və 20 məhsuldar ötürmə edib.

Xəbər lenti