Xəzər Xəbər

"Qarabağ"dan ayrılan Əfran İsmayılov Azərbaycandan gedir ÖZƏL AÇIQLAMA

İdman | 12:31 • 27 May 2018
"Qarabağ"dan ayrılan Əfran İsmayılov Azərbaycandan gedir

Ötən həftə "Qarabağ”la yollarını ayıran yarımmüdafiəçi Əfran İsmayılov yeni ünvanını açıqlayıb.

30 yaşlı futbolçu Publika.az-a özəl açıqlamasında Türkiyə Superliqası komandası ilə danışıqlar aparıldığını, yaxın günlərdə dəqiq bir qərara gəlinəcəyini bildirib:

"Hazırda Superliqaya yeni daxil olan komandalardan biri ilə danışıqlar aparırıq. Onlara şərtlərimi göndərmişəm. Mənim şərtlərimlə uyğunlaşmaları vacibdir. Çünki legioner həyatı yaşayacam, övladlarımın məktəb yaşı artıq çatıb. Onlar üçün ən yaxşısını təmin etmək istəyirəm. Bundan başqa, ölkə klublarının əksəriyyətindən təkliflər almışam. Ancaq öncəliyim Superliqadır”.

Əfran İsmayılov, həmçinin, "Qarabağ”dan ayrılmasının əsl səbəblərini də ilk dəfə açıqlayıb. Onun həyatı və karyerasından söhbət açdığı geniş müsahibəsini tezliklə saytımızda oxuya bilərsiniz.

Xəbər lenti