Xəzər Xəbər

Salah final günü oruc tutacaq?

İdman | 17:31 • 25 May 2018
Salah final günü oruc tutacaq?

Çempionlar Liqasının finalında Avropanın iki nəhəngi - "Real" və "Liverpul" üz-üzə gələcək.

Əhəmiyyətli oyundan öncə "Liverpul"un futbolçusu Məhəmməd Salahın final oyunu günü oruc tutub-tutmayacağı dünya mətbuatının diqqətində idi.

Misirli ulduzun "Mənə bütün uğurları bəxş edən Allahın əmrlərinə tabe olacam. Oyun günü də oruc tutacam. Buna öyrəşmişəm" sözləri mətbuatda yayılmışdı. Lakin "Liverpul" cəbhəsi bununla bağlı son nöqtəni qoyub. Komandanın həkimi Ruben Pons Salahın iki gün oruc tutmayacağını deyib. Pons Salahın bu gün və sabah oruclu olmayacağını deyib.

Qeyd edək ki, "Real" - "Liverpul" görüşü sabah Bakı vaxtı ilə 22:45-də baş tutacaq. Görüş Kiyev Olimpiya Stadionunda keçiriləcək.

Xəbər lenti