Xəzər Xəbər

"Səbail"in yeni baş məşqçisi bəlli oldu

İdman | 16:19 • 25 May 2018
"Səbail"in yeni baş məşqçisi bəlli oldu

"Səbail" klubunun yeni baş məşqçisi müəyyənləşib.

XəzərXəbər saytının məlumatına görə, dünən klubdan təklif alan Aftandil Hacıyev bu gün rəhbərliklə görüşüb və razılaşıb. Onunla 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Hacıyev U-21 yığmasında Rəşad Sadıqovun köməkçisi, "Qarabağ”ın əvəzedici heyətində baş məşqçi idi.

Xəbər lenti