Xəzər Xəbər

Kapitan gəmini tərk edir?

İdman | 17:56 • 23 May 2018
Kapitan gəmini tərk edir?

"Kəpəz"in kapitanı Şəhriyar Rəhimov Sportal.az-a açıqlama verib.

Millimizin müdafiəçisinin Gəncə klubu ilə müqaviləsi başa çatıb. Gələcək karyerasından danışan 29 yaşlı futbolçu gözləmə mövqeyində olduğunu deyib:

"I Diviziona düşəcəyimiz rəsmi açıqlanmayıb."Kəpəz"in son vəziyyətini gözləyirik. Real təklif yoxdur. Bir-iki söz-söhbət var. Konkret təklif yoxdur. Bir-iki yerdən deyiblər.Gözləyirik, görək nə baş verəcək".

Qeyd edək ki, Rəhimov bu mövsüm "Kəpəz"də 30 oyun keçirib və 4 qola imza atıb.

Xəbər lenti