Xəzər Xəbər

Robert Levandovski karyerasını İngiltərədə davam etdirə bilər

İdman | 15:18 • 23 May 2018
Robert Levandovski karyerasını İngiltərədə davam etdirə bilər

"Bavariya”nın hücumçusu Robert Levandovski karyerasını İngiltərənin "Çelsi” klubunda davam etdirə bilər.


AZƏRTAC xəbər verir ki, bu həftə polşalı öz agenti ilə görüşüb gələcək karyerası haqqında danışacaq.


Oyunçu özü "Real Madrid” klubuna keçmək istəyir. Lakin Çempionlar Liqasının yarımfinal oyununda ispanlara qarşı uğursuz oyunlardan sonra Levandovskinin keçid şansı azalıb.


Polşalı forvard 30 oyunda 29 qol vurmaqla ən yaxın izləyicisini 14 qol qabaqlayıb. Siyahıda sonrakı yerləri Nils Petersen ("Frayburq”, 15), Mark Ut ("Xoffenxaym”, 14), Kevin Folland ("Bayer Leverkuzen”, 14) və Niklas Fulkruq ("Hannover”) tutublar.


Qeyd edək ki, Levandovski Bundesliqanın tarixində ardıcıl 3 dəfə bombardir olan ilk legionerdir.

Xəbər lenti