Xəzər Xəbər

İspaniya Dünya Çempionatına Moratasız gedir

İdman | 16:43 • 21 May 2018
İspaniya Dünya Çempionatına Moratasız gedir

Rusiyada keçiriləcək 2018-ci il Dünya Çempionatından öncə milli komandaların heyətləri açıqlanmağa davam edir. Son olaraq mundialda B qrupunda İran, Mərakeş və Portuqaliya ilə mübarizə aparacaq İspaniya Millisi 23 nəfərlik heyətini açıqlayıb.

XəzərXəbər-in məlumatına görə, baş məşqçi Xulyen Leporteqinin sürprizi "Çelsi"nin hücumçusu Alvaro Moratanı heyətə salmaması olub.

Dünya Kuboku seçmələrində 5 oyunda meydana çıxan Morata 5 qol vurmuşdu. İngiltərə Premyer Liqasında isə 31 oyunda meydana çıxan 25 yaşlı ulduz 11 qol vurub, 6 asist edib.

Beləliklə, heyət aşağıdakı kimidir.

Qapıçılar: David De Gea ("Mançester Yunayted”, İngiltərə), Kepa Arrizabalaqa ("Atletik”), Pepe Reyna ("Napoli”, İtaliya);

Müdafiəçilər: Dani Karvahal, Serxio Ramos, Naço (hamısı "Real”), Xerar Pike, Xordi Alba (hər ikisi "Barselona”), Alvaro Odriozola ("Real Sosyedad”), Sezar Azpilikueta ("Çelsi”, İngiltərə), Naço Monreal ("Arsenal”, İngiltərə);

Yarımmüdafiəçilər: İsko, Marko Asensio, Lukas Vaskes (hamısı "Real”), Serxio Buskets, Andres İnyesta ("Barselona”), Koke, Saul Niges (hər ikisi "Atletiko”), Tiaqo Alkantara ("Bavariya”, Almaniya), David Silva ("Mançester Siti”, İngiltərə);

Hücumçular: Dieqo Kosta ("Atletiko”), Rodriqo ("Valensiya”), İaqo Aspas ("Selta”).

Xəbər lenti