Xəzər Xəbər

Demba Ba "Beşiktaş"ı Çin klubuna görə rədd etdi

İdman | 15:51 • 21 May 2018
Demba Ba "Beşiktaş"ı Çin klubuna görə rədd etdi

"Göztəpə" ilə müqaviləsi başa çatan Demba Banın yeniklubu müəyyən olmaq üzrədir.

"Beşiktaş"a keçəcəyi gözlənilən seneqallı hücumçu Çin varinatı ortaya düşən kimi, fikrini dəyişib. 32 yaşlı forvard Çinin "Quinçjoy Çjiçen" klubunun illik 6 milyon avroluq maaş təklifinə müsbət yanaşıb. Tərəflər arasında danışıqlar müsbət yekunlaşsa, Ba Çin klubu ilə ilə 3 illik müqavilə imzalayacaq.

"Beşiktaş" isə Demba Baya illik məvacibi 2,5 milyon avro olan müqavilə təklif etmişdi. Lakin Çindən gələn təklif Banın ağlını başından çıxarıb və o, "qara qartallar"dan imtina edib.

Qeyd edək ki, Demba Ba daha öncə Çinin "Şanxay Şenhua" klubunda çıxış edib. O, "Göztəpə"yə məhz bu komandadan keçmişdi.

Xəbər lenti