Xəzər Xəbər

“Alina” festivalında 6 mindən çox gimnast iştirak edir - FOTO

İdman | 15:40 • 21 May 2018
“Alina” festivalında 6 mindən çox gimnast iştirak edir -

Moskvada X "Alina” bədii gimnastika festivalı başlanıb. Festival Alina Kabayeva Xeyriyyə Fondunun dəstəyi ilə təşkil olunur.


AZƏRTAC xəbər verir ki, bu il yarış iştirakçılarının sayı 6 min nəfəri ötüb. Gimnastların bütün xərcləri festivalın təşkilatçıları tərəfindən ödənilir. Rusiya yığmasının tanınmış idmançı qızları, Azərbaycan, Belarus, Bolqarıstan, İtaliya və Özbəkistan milli komandaları, habelə Rusiya və Qazaxıstandan gəlmiş uşaq komandaları, musiqi və rəqs kollektivləri, estrada ulduzları, yaradıcılıq müsabiqəsinin qalibləri, akrobatik, batut gimnastikası üzrə çempionlar festivalda iştirak edirlər.


Festivaldan söhbət açan Olimpiya çempionu deyib: "Biz rəqəmlərə xüsusi məna vermirik və hər festivalımıza həssaslıqla yanaşırıq. Bu il festivalda Azərbaycan, İtaliya, Belarus yığmaları iştirak edəcəklər. Bir həftədən sonra Avropa çempionatının başlamasına baxmayaraq, vaxt tapıb buraya gələn hər kəsə təşəkkürümü bildirirəm”.

Xəbər lenti