Xəzər Xəbər

ÇL-in finalı: təhlükəsizliyi 10 min polis qoruyacaq

İdman | 14:32 • 21 May 2018
ÇL-in finalı:

Kiyev polisi mayın 26-da "Olimpiya” stadionunda keçiriləcək UEFA Çempionlar Liqası finalının astanasında gücləndirilmiş iş rejiminə keçib.

NewsOne telekanalı xəbər verir ki, həmin gün Ukrayna paytaxtının küçələrində asayişi azı 10 min polis təmin edəcək. Polis qüvvələrindən əlavə, Ukrayna Milli Qvardiyasının döyüşçüləri, həmçinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları da şəhərdə təhlükəsizliyin təmin edilməsinə çəlb ounacaqlar.

Finalın bilavasitə iştirakçıları – "Real” və "Liverpul” klublarını isə UEFA-nın Təhlükəsizlik Xidməti və milli polis dəstələri qoruyacaq.

Qeyd edək ki, Ukrayna hökuməti Kiyevdə keçiriləcək futbol üzrə Çempionlar Liqasının finalına 50 minə yaxın qonağın gələcəyini gözləyir./Azərtac

Xəbər lenti

Çox oxunanlar