Xəzər Xəbər

Bu gün "Qalatasaray" çempion olsa, tarixi hadisə baş verəcək

İdman | 15:32 • 19 May 2018
Bu gün "Qalatasaray" çempion olsa, tarixi hadisə baş verəcək

Bu gün Türkiyə Super Liqasında 2017/18 mövsümünə yekun vurulacaq. Son turda ölkə çempionu və digər medalçılar, həmçinin avrokuboklara vəsiqələrin sahibləri müəyyənləşəcək.


Hazırda çempionluğa ən real namizəd "Qalatasaray"dı. "Fənərbaxça" və "Başakşəhər"i 3 xal qabaqlayan "Cim-Bom" "Göztəpə" səfərində bir xalı aktivinə yazsa, çempionluğu bayram edəcək.


"Fənərbaxça" çempion olmaq üçün evdə "Konyaspor"u yenməli, "Qalatasaray"ın məğlubiyyətinə və "Başakşəhər"in xal itirməsinə ümid etməlidi. "Başakşəhər" isə çempionluq üçün "Kasımpaşa"nı məğlub etməklə yanaşı, "Qalatasaray"ın məğlubiyyətinə və "Fənərbaxça"nın xal itkisinə ümid etməlidi.


"Qalatasaray" bu gün qızıl medallara sahib çıxsa, Fatih Terimin rəhbərliyi altında 7-ci çempionluğunu elan edəcək. "Cim-Bom" bununla həm də "Fənərbaxça" ilə əzali rəqabətdə bir ilk yaşayacaq. Belə ki, hazırda "sarı-qırmızılılar"ın 20, "sarı-lacivərdlilər"in 19 çempionluğu var. İki əzəli rəqib arasındakı ən böyük fərq 1959-1987-ci illərdə olmuşdu. Həmin vaxt "Qalatasaray" 1 il çempionluq sevinci yaşamayıb və "Fənərbaxça" ilə aralarındakı fərq 5-ə yüksəlmişdi.


2000/01 mövsümündə komandaların çempionluq sayı bərabərəşib. "Qalatasaray" indiyədək çempionluq sayında əzəli rəqibini maksimum bir "qızıl"la qabaqlayıb. Bu gecə çempion olacağı tədqirdə isə "Cim-Bom" Super Liqa tarixində ilk dəfə "Fənərbaxça"nı 2 çempionluqla üstələyəcək.


Super Liqada çempionluq sayı


1. Qalatasaray - 20

2. Fənərbaxça - 19

3. Beşiktaş - 15

4. Trabzonspor - 6

5. Bursaspor - 1


Fanat.Az

Xəbər lenti