Xəzər Xəbər

Buffon PSJ-dən təklif aldı

İdman | 15:03 • 19 May 2018
Buffon PSJ-dən təklif aldı

Mövsümün sonunda "Yuventus"dan ayrılacağını bəyan edən, lakin karyerası ilə bağlı yekun qərar verməyən Canluici Buffon üçün yeni iddia ortaya atılıb.

Fransa və İtaliya mətbuatlarında çıxan məlumatlara görə, Fransanın PSJ klubu 40 yaşlı əlcək sahibinə 2 illik təklif göndərib. Ona illik məvacib 8 milyon avro təklif olunub.. Təkliflər aldığını vurğulayan Buffon qərarını növbəti həftə verəcək.

Qeyd edək ki, italiyalı qolkiper Turin klubunda 665 oyun keçirib.

Xəbər lenti