Xəzər Xəbər

`Qalatasaray`ı 21-ci çempionluqdan bir xal ayırır

İdman | 12:49 • 19 May 2018
`Qalatasaray`ı 21-ci çempionluqdan bir xal ayırır

İstanbulun "Qalatasaray" klubu bu gün 21-ci çempionluğunu rəsmiləşdirə bilər.

Bunun üçün "CimBom"a "Göztəpə" ilə səfər matçında heç-heçə də kifayətdir.

Son tur (33-cü) ərəfəsində 72 xala malik Fatih Terimin komandası çempionluğa iddialı ən yaxın izləyiciləri "Fənərbağça" və "Başakşehir"dən 3 xal öndədir. 49 xala malik "Göztəpə" "Sivasspor"la birgə 6-7-ci yerləri bölüşür.

Xəbər lenti