Xəzər Xəbər

Cerrard "Reyncers"də ilk transferini həyata keçirdi

İdman | 16:12 • 18 May 2018
Cerrard "Reyncers"də ilk transferini həyata keçirdi

Stiven Cerrardın baş məşqçi olduğu "Reyncers" ilk transferini reallaşdırıb.

Şotlandiya təmsilçisi "Hall Siti"dən Allan Makqreqoru rənglərinə bağlayıb. 36 yaşlı "əlcək sahibi" iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, Makqreqor bu mövsüm 44 oyun keçirib və qapısında 66 qol görüb. "Reyncers" yetirməsi olan şotlandiyalı qapıçı "Hall Siti"yə 2013-cü ildə "Beşitaş"dan keçmişdi.

Xəbər lenti