Xəzər Xəbər

Əmrənin transferi finaldan sonra açıqlanacaq

İdman | 15:53 • 18 May 2018
Əmrənin transferi finaldan sonra açıqlanacaq

"Liverpul"un Türkiyə əsilli Almaniyalı ulduzu Əmrə Canın yeni klubu müəyyənləşmək üzrədir.

Müqaviləsi mövsümün sonnunda başa çatacaq 24 yaşlı futbolçu "Yuventus"a azad agent statusu ilə transfer olacaq. Lakin bu keçid Çempionlar Liqasının finalından sonra açıqlanacaq. Turin təmsilçisi yarımmüdafiəçiyə illik 5 milyon avro məvacib verəcək.

Qeyd edək ki, Almaniya millisinin üzvü 2014-cü ildə "Bayer"dən (Leverkuzen) "Liverpul"a 12 milyon avroya transfer olmuşdu.

Xəbər lenti