Xəzər Xəbər

"Yuventus" Buffona əvəzləyici tapdı

İdman | 13:09 • 18 May 2018
"Yuventus" Buffona əvəzləyici tapdı

Mövsümün sonunda Canluici Buffonla yolları ayıracaq "Yuventus" təcrübəli qapıçısının əvəzləyicisini tapıb.

Turin təmsilçisi "Cenoa"nın qolkiperi Mattia Perini transfer edəcək. "Qoca sinyora" 25 yaşlı "əlcək sahibi" ilə razılıq əldə edib.

"Yuventus" Perinin transferi üçün "Cenoa"ya 8 milyon avro ödəyəcək. 5 illik müqaviləyə qol çəkəcək gənc qapıçı İtaliya çempionunda ilinə 2,5 milyon avro qazanacaq.

Xəbər lenti