Xəzər Xəbər

Dünya Çempionatına gedən azarkeşlərin nəzərinə: İyunun 1-də başlayacaq

İdman | 14:37 • 17 May 2018
Dünya Çempionatına gedən azarkeşlərin nəzərinə:

Dünya Çempionatına gedəcək futbolsevərlər üçün mobil nəqliyyat bələdçisi proqramı 1 iyundan etibarən istifadəyə veriləcək.

Bu barədə 2018 - Dünya Çempionatı Nəqliyyat Şöbəsinin baş direktoru Kiril Polyakov məlumat verib.

Onun sözlərinə görə, tətbiq həmin tarixdən etibarən modil cihazlara yüklənə biləcək.

Proqramda futbolsevərlər üçün nəqliyyat servis xidmətlərinin gözləyəcəyi nöqtələr, avtobus dayanacaqları və Dünya Çempionatının istiqaməti ilə bağlı digər detallı bilgilər yer alacaq.

Qeyd edək ki, 2018 Dünya Çempionatı 14 iyun – 15 iyul tarixlərində Rusiyanın 11 müxtəlif şəhərində: Moskva, Kalininqrad, Sankt Peterburq, Volqoqrad, Kazan, Nijnıy Novqorod, Samara, Saransk, Rostov-on-Don, Soçi və Yekaterinburqda keçiriləcək./publika.az

Xəbər lenti