Xəzər Xəbər

"Beşiktaş" legioneri ilə yolları ayırır

İdman | 14:20 • 17 May 2018
"Beşiktaş" legioneri ilə yolları ayırır

Növbəti mövsümün planlarını cızmağa başlayan "Beşiktaş” transfer fəaliyyətini davam etdirir.

İstanbul klubu kanadalı futbolçusu Atiba Hatçinsonla başa çatacaq müqaviləni uzatmayacaq. Tərəflər arasında yeni sözləşmə üçün anlaşma əldə edilməyib.

Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçi 2013-cü ildə PSV-dən "Beşiktaş"a keçmişdi.

Xəbər lenti