Xəzər Xəbər

FIFA-nın reytinq cədvəli açıqlandı: millimizin mövqeyi dəyişmədi

İdman | 14:17 • 17 May 2018
FIFA-nın reytinq cədvəli açıqlandı:

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

XəzərXəbər xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyi dəyişməyib. Yığmamız245 xalla 126-cı yerdədir.

Millimizin Millətlər Liqasındakı rəqibləri - Farer adaları 364 xalla 93-cü (+1), Kosovo 164 xalla 152-cı (0), Malta isə 62 xalla 185-ci (0) yerdədir.

Qeyd edək ki, siyahıya 1544 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1384), Belçika üçüncüdür (1346).

Xəbər lenti