Xəzər Xəbər

"Qarabağ" Əfranla yolları ayırdı RƏSMİ

İdman | 16:02 • 16 May 2018
"Qarabağ" Əfranla yolları ayırdı

"Qarabağ" futbolçusu Əfran İsmayılovla yollarını ayırıb. Müqaviləsi bu mövsümün sonu başa çatan 29 yaşlı yarımmüdafiəçinin sözləşməsinin uzadılmamasına qərar verilib. Millimizin üzvü Ağdam klubunun bugünkü məşqinə qatılmayıb.

XəzərXəbər-in verdiyi məlumata görə, bu barədə "Report"a 30 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. İsmayılov başa çatan müqaviləsinin uzadılmadığını açıqlayıb.

O, hələlik yeni klubunun müəyyənləşmədiyini bildirib: "Həm ölkə daxilindən, həm də xaricdən təkliflərim var. Hazırda başım şəxsi məsələlərə qarışıb. Yaxın vaxtlarda qərarımı verəcəyəm".

Qeyd edək ki, Əfran İsmayılov 2015-ci ilin iyulundan "Qarabağ"da çıxış edirdi. O, 2009 - 2013-cü illərdə də Ağdam komandasının formasını geyinib.

Xəbər lenti