Xəzər Xəbər

"Napoli"dən "Milan"a keçdi

İdman | 14:12 • 16 May 2018
"Napoli"dən "Milan"a keçdi

Mövsümün sonunda "Napoli" ilə müqaviləsi başa çatan Pepe Reyna klubdan ayrılmaq qərarı verib.

İspaniya millisinin üzvünün yeni klubu bəlli olub. 35 yaşlı əlcək sahibi "Milan"la anlaşıb. Bu barədə "qırmızı qarlar"ınidman direktoru Massimiliano Mirabelli "Futbool İtalia" nəşrinə açıqlamasında bildirib.

Qeyd edək ki, Pepe Reyna Neapol təmsilçisində 2015-ci ildən çıxış edirdi. Təcrübəli futbolçu "Barselona", "Vilyarreal", "Liverpul" və "Bavariya" kimi klublarda çıxış edib.

Xəbər lenti