Xəzər Xəbər

Braziliya millisinin XXI dünya çempionatı üçün heyəti açıqlanıb

İdman | 09:29 • 15 May 2018
Braziliya millisinin XXI dünya çempionatı üçün heyəti açıqlanıb

Futbol üzrə beşqat dünya çempionu Braziliya millisinin Rusiyada keçiriləcək XXI mundial üçün heyəti açıqlanıb.


AZƏRTAC Braziliya Futbol Konfederasiyasının saytına istinadla xəbər verir ki, baş məşqçi Titonun heyətdə yer verdiyi 23 futbolçu 14 klubda forma geyinir.


Braziliya millisinin heyətinə qapıçılar Alisson (Roma), Kassio (Korintians), Ederson (Mançester Siti), müdafiəçilər Danilo (Mançester Siti), Jeromel (Qremio), Filipe Luiş (Atletiko Madrid), Marselo (Real Madrid), Marquinyos (PSG), Miranda (İnter), Faqner (Korintians), Tiaqo Silva (PSG), yarimmüdafiəçilər Kasemiro (Real Madrid), Fernandinyo (Mançester Siti), Fred (Şaxtyor), Paulinyo (Barcelona), Filippe Koutinyo (Barselona), Renato Auqusto (Pekin Quoan), Villian (Çelsi), hücumçulardan isə Duqlas Koşta (Yuventus), Firmino (Liverpool), Qabriel Jesus (Mançester Siti), Neymar (PSG) və Tayson (Şaxtyor) cəlb olunublar.


Futbol üzrə XXI dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.


Xatırladaq ki, Braziliya milli komandası beş dəfə - 1958-ci, 1962-ci, 1970-ci, 1994-cü və 2002-ci illərdə dünya çempionu olub.

Xəbər lenti